Xüsusi icazədə mülki silahı əldə edən şəxsin soyadı, adı, atasının adı, silahın növü, sayı, xüsusi icazənin verilmə tarixi və etibarlılıq müddəti göstərilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Mülki silahın əldə edilməsinə verilən xüsusi icazə 3 hissədən ibarətdir:
– 1-ci hissə: xüsusi icazənin kötüyü;
– 2-ci hissə: xüsusi icazənin dublikatı (ticarət təşkilatında qalır);
– 3-cü hissə: xüsusi icazənin əsli (onun arxa hissəsində satılan silahın markası, kalibri, nömrəsi barədə müvafiq qeydlər aparılaraq imzalanır və möhürlə təsdiqləndikdən sonra vətəndaşa verilir).