Notarius sübutların təmin olunması icraatının aparılması üçün xahişlə müraciət etmiş şəxsdən şahidlərə və ekspertlərə haqq ödəmək üçün, habelə sübutların təmin edilməsi icraatı üzrə digər xərclərdən ötrü pul ödəməsini tələb edir.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.
Ekspertlərə və şahidlərə haqq və digər xərclər, məhkəməyə şahidlər və ekspertlər çağırıldıqda onlara haqq verilməsi üçün müəyyən olunmuş dərəcələr üzrə verilir.