Notarius məhkəmələrdə, istintaq və təhqiqat orqanlarında iş başlanarkən zəruri olacaq sübutları, həmin sübutların təqdim edilməsinin sonralar qeyri-mümkün və ya çətin olacağını güman etməyə əsaslar olduqda, maraqlı şəxslərin xahişi ilə təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.
Notariuslar maraqlı şəxslərin notariusa müraciət etdikləri zaman məhkəmənin , istintaq və təhqiqat orqanlarının icraatında olan işlər üzrə sübutları təmin etmirlər.