Azərbaycan Respublikasının şəhər, rayon polis orqanlarında icazə sisteminin təşkilinə nəzarət Baş İctimai Təhlükəsizlik İdarəsi (BİTİ) tərəfindən həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
İcazə sisteminin vəziyyəti BİTİ tərəfindən üç ildə bir dəfədən az olmayaraq plan-tapşırıq əsasında, zərurət yarandıqda isə DİN-in və ya BİTİ-nin rəhbərliyinin göstərişi ilə növbədənkənar qaydada yoxlanılır.
Plan-tapşırıqda aşağıdakılar nəzərdə tutulur:
– İcazə sisteminin həyata keçirilməsinin planlaşdırılması və icrası;
– Uçot və qeydiyyat kitablarının aparılması;
– İcazə sistemi obyektlərinə uçot-nəzarət işlərinin açılması;
– Odlu silah sahiblərinə şəxsi işlərin açılması;
– Dövlət rüsumunun ödənilməsi;
– Xüsusi icazə blanklarının düzgün doldurulması;
– Ov silahı ilə törədilən hadisələrlə bağlı xidməti yoxlama aparılmasının vəziyyəti;
– Vətəndaşlardan ov silahlarının götürülməsinin sənədləşdirilməsi, qəbul olunmuş qərarların qanuniliyi;
– Xidməti və mülki silahın reyestrinin aparılması;
-Çoxaldıcı rəngli qurğuların uçot-qeydiyyatının aparılması.