Xidməti silahın reyestrində silahın kalibri, markası, nömrəsi, istehsal ili, hansı dövlət orqanına və ya hüquqi şəxsə aid olması, silahın nə vaxt başqa dövlət orqanına və ya hüquqi şəxsə satılması (verilməsi), təhvil verilməsi barədə qeydlər aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Mülki silahın reyestrində silahın kalibri, markası, nömrəsi, silah sahibinin soyadı, adı, atasının adı, ünvanı, silahın saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə verilmiş şəhadətnamənin nömrəsi, verilmə tarixi, silahın başqa şəxsə satılması (verilməsi), itirilməsi, oğurlanması, polis orqanına təhvil verilməsi, müsadirə olunması barədə məlumatlar göstərilir.