Xidməti və mülki silah satışı ilə məşğul olan mağazanın mühafizəsi qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Hüquqi şəxslərin xidməti və mülki silah satışı ilə məşğul olan mağazalarının filial və nümayəndəliklərinin açılmasına xüsusi icazənin verilməsi qadağandır. Odlu silah satılan mağazada silahın, barıtın, patronun uçot-qeydiyyat kitabı olmalıdır. Satılan hər bir silah, patron, barıt və sursat barədə kitabda dəqiq məlumatlar (sursatın miqdarı, növü, silahın markası, nömrəsi, çapı, alan şəxsin soyadı, adı, atasının adı, ünvanı) qeyd edilir. Kitab tikilir, səhifələnir və ərazi polis orqanında qeydiyyatdan keçirilir.