“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandasında çıxış edən Amid Alxasov faciəli şəkildə ölüb.
Heftelik.az-ın Oxu.az-a istinadən verdiyi məlumata görə, bu barədə “Səbail” futbol klubu məlumat yayıb.
Son mövsümü icarə əsasında “Səbail”in U-19 komandasına keçirən futbolçu həyatını itirib.
“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandasında çıxış edən Amid Alxasovun ölümünün bəzi detalları məlum olub. Hadisə bu gün baş verib. Qusarda yaxınları ilə istirahətə gedən Amid gilas bağlarını suvarmaq üçün çayın yaxınlığında düzəldilmiş kanalda çimmək istəyib. Onun boğulduğunu görən yaxınları kömək etmək istəsələr də, batan futbolçunu xilas etmək mümkün olmayıb.
Məlumat üçün bildirək ki, Amid Alxasov “Vətən” İdman Liseyinin 10-cu sinif şagirdi imiş.