Azərbaycan Texnologiya Universitetinin vəfat edən tələbəsi ilə bağlı bəzi faktlar üzə çıxıb.

Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, universitetin “Turizm işinin təşkili” ixtisasının 3-cü kurs tələbəsi Ergün Əliyev yaşadığı evdə intihar edibmiş.

Belə ki, 2000-ci il təvəllüdlü E.Əliyev 2 gün əvvəl Gəncə şəhəri A.İsgəndərov küçəsində yaşadığı evdəki çilçıraqdan özünü asıb.
Onun hansı səbəbdən həyatına qəsd etdiyi hələlik məlum deyil.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.