Mədəniyyət Nazirliyinin Kollegiyası Azərbaycanda aparıcı teatrların siyahısını təsdiqləyib.
Heftelik.az-ın məlumatına görə, aparıcı teatrların siyahısı aşağıdakı kimi müəyyən edilib:
1. Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Dövlət Kukla Teatrı;
2. Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Dövlət Pantomima Teatrı;
3. Mədəniyyət Nazirliyinin tabeliyində Lənkəran Dövlət Dram Teatrı;
4. Mədəniyyət Nazirliyinin tabeliyində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı;
5. Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Dövlət Uşaq Filarmoniyası;
6. Mədəniyyət Nazirliyinin tabeliyində Şuşa Dövlət Musiqili Dram Teatrı;
7. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində Bakı Marionet Teatrı.
Qərarla siyahıdakı teatrlarda çalışan işçilərin əməkhaqlarına 25 faiz əlavə müəyyən edilib.