Vətəndaşlar yaşayış yerini dəyişdikdə bu barədə silahın uçotda olduğu polis orqanına məlumat verməli və 10 gün müddətində silahın qeydiyyata alınması üçün yeni yaşayış yeri üzrə polis orqanına müraciət etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Mülki silahın əldə olunmasına xüsusi icazəsi, habelə odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün şəhadətnaməsi olan vətəndaş həmin sənədləri ticarət müəssisəsinə təqdim etməklə soyuq ov silahını əldə edir.