Verilən xüsusi icazə və şəhadətnamələrin uçot və qeydiyyatı xüsusi kitabda (Təlimata 9 nömrəli əlavə) aparılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.

Kitab dəftərxanada qeydiyyatdan keçirilir, səhifələnir, tikilir. Kitabda xüsusi icazə alan hüquqi və fiziki şəxs barədə ətraflı məlumat, xüsusi icazənin nömrəsi, etibarlılıq müddəti, habelə xüsusi icazə əsasında alınmış silahın nömrəsi, kalibri, markası, hansı ticarət obyektindən əldə edildiyi göstərilir.