İnzibati orqan tərəfindən inzibati icraatda iştirak edən şəxslərin inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar edilməməsinə və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərarın qanunla müəyyən edilmiş müddət ərzində qəbul olunmamasına və ya inzibati şikayətin və icraatla bağlı materialların 3 gün müddətində şikayət instansiyasına göndərilməməsinə görə cərimə müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
İnzibati orqan tərəfindən inzibati icraatda iştirak edən şəxslərin inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar edilməməsinə və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərarın qanunla müəyyən edilmiş müddət ərzində qəbul olunmamasına və ya inzibati şikayətin və icraatla bağlı materialların 3 gün müddətində şikayət instansiyasına göndərilməməsinə görə vəzifəli şəxslər üç yüz əlli manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.