Deputatların və vəzifəli şəxslərin öz səlahiyyətlərini icra etdikləri bütün müddət ərzində xidməti silahı saxlamaq və gəzdirmək hüququ var.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Deputatlar, vəzifəli şəxslər, habelə silahla təltif olunmuş vətəndaşlar daimi gəzdirilməsinə icazə verilmiş silahı, onun döyüş sursatını yaşadıqları mənzildə saxlamalıdırlar. Deputatların, vəzifəli şəxslərin səlahiyyətləri başa çatdıqda xidməti silahın saxlanılmasına və gəzdirilməsinə verilmiş şəhadətnamə etibarsız sayılır və silah Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilir.