Cinayət işinin xüsusi mürəkkəbliyi ilə əlaqədar yuxarı prokuror tərəfindən həmin iş üzrə ibtidai istintaqın uzadılmış müddətinin müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq olaraq Azərbaycan Respublikasının Hərbi prokuroru, Bakı şəhər prokuroru və ya Naxçıvan Muxtar Respublikasının prokuroru ilə razılaşdırılmış təqdimatı əsasında Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən hansl qaydada uzadıla biləcəyi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Cinayət işinin xüsusi mürəkkəbliyi ilə əlaqədar yuxarı prokuror tərəfindən həmin iş üzrə ibtidai istintaqın uzadılmış müddəti müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq olaraq Azərbaycan Respublikasının Hərbi prokuroru, Bakı şəhər prokuroru və ya Naxçıvan Muxtar Respublikasının prokuroru ilə razılaşdırılmış təqdimatı əsasında Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən aşağıdakı qaydada uzadıla bilər:

– böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə — 1 (bir) aydan çox olmayan müddətə;

– az ağır cinayətlər üzrə — 2 (iki) aydan çox olmayan müddətə;

– ağır cinayətlər üzrə — 3 (üç) aydan çox olmayan müddətə;

– xüsusilə ağır cinayətlər üzrə — 5 (beş) aydan çox olmayan müddətə.

Cinayət işinin müstəsna mürəkkəbliyi ilə əlaqədar yuxarı prokuror tərəfindən həmin iş üzrə ibtidai istintaqın uzadılmış müddəti müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq olaraq Azərbaycan Respublikasının Hərbi prokuroru, Bakı şəhər prokuroru və ya Naxçıvan Muxtar Respublikasının prokuroru, habelə Azərbaycan Respublikası Baş prokurorunun müavini ilə razılaşdırılmış təqdimatı əsasında Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən aşağıdakı qaydada uzadıla bilər:

– böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə — 1 (bir) aydan çox olmayan müddətə;

– az ağır cinayətlər üzrə — 3 (üç) aydan çox olmayan müddətə;

– ağır cinayətlər üzrə — 3 (üç) aydan çox olmayan müddətə;

– xüsusilə ağır cinayətlər üzrə — 6 (altı) aydan çox olmayan müddətə.