Cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması üçün tədbirlər görülməsi haqqında müstəntiqin təqdimatına baxılması məcburidir, nəticəsi barədə bir ay müddətində müstəntiqə yazılı məlumat verilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

İbtidai araşdırma məlumatları cinayət prosesinin iştirakçıları və jurnalistlər tərəfindən yalnız müvafiq olaraq müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə ibtidai araşdırmanın maraqlarına zidd olmayan və cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni mənafelərini pozmayan həddə yayıla bilər.