İcazə sistemi üzrə tədbirlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi (BİTİ) və ərazi polis orqanları tərəfindən həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə həvalə olunur:
– Xidməti və mülki silahın qeydiyyata alınması (qeydiyyatının dəyişdirilməsi), uçotu, onların alınmasına və saxlanılmasına xüsusi icazənin və şəhadətnamənin verilməsi, dövriyyəsinə nəzarətin həyata keçirilməsi;
– Qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinə xüsusi razılıq (lisenziya) üçün rəyin və verilmiş xüsusi razılığın (lisenziyanın) uçotunun aparılması;
– Silah və xüsusi vasitələr saxlanılan yerlərə baxış keçirilməsi;
– İcazə sisteminin təşkili ilə bağlı ərazi polis orqanlarının fəaliyyətinə nəzarət edilməsi.