Küveytin Manqaf şəhərində hündürmərtəbəli yaşayış binasında baş verən yanğın 41 nəfərin həyatına son qoyub.
Heftelik.az-ın “Al-Jazeera”ya istinadən verdiyi məlumata görə, hadisə zamanı 15 nəfər ağır yaralanıb.
Hadisənin səbəbləri barədə danışan daxili işlər naziri Şeyx Fəhad əl-Yusif əl-Sabah bildirib ki, artıq binanın sahibi olan şirkətin rəhbəri həbs olunub.
O, həmçinin yanğının səbəblərinin araşdırıldığını bəyan edib.