Ekspertlərə və şahidlərə haqq və digər xərclər üçün vəsait əvvəlcədən notariusun depozit hesabına qoyulur.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.

Notarius bu xərcləri həmin hesabdan ödəyir. Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 88-ci maddəsinə müvafiq olaraq əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası vətəndaşları ilə bərabər səviyyədə Azərbaycan Respublikasının notariuslarına müraciət etmək hüququ var.