Ödəyicinin olduğu yerdəki notarius çekin verildiyi gündən on gün keçdikdən sonra, xarici çeklər üzrə isə çekin verildiyi gündən altı ay keçdikdən sonra, lakin bu müddətdən sonra gələn gün saat 12-dən gec olmayaraq təqdim edilmiş çekləri ödənilməyə verilmək üçün qəbul edir.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.
Notarius elə həmin gün çeki ödəniş üçün banka verir.