Qalan hallarda notariat orqanlarının konsul nümayəndəliyi ilə və diplomatik nümayəndəliklə əlaqələri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.
Notariuslar xarici dövlətlərin orqanlarında işlərin aparılması üçün tələb edilən sübutları bu Təlimatda ifadə olunmuş qaydalar üzrə təmin edirlər.