Lənkəranda yas mərasimindən qayıdan nənə və azyaşlı nəvələrini maşın vurub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə iyunun 12-si saat saat 21.00 radələrində Lənkəran rayonunun Yuxarı Nüvədi kəndi ərazisində baş verib.

S.Quliyev idarə etdiyi “Vaz 2105” markalı avtomobillə yol kənarında dayanmış “Vaz 21015” markalı avtomobilə vurduqdan sonra idarəetməni itirib və 2021-ci il təvəllüdlü D.M, 2019-cu il təvəllüdlü U.M və nənələri 1968-ci il təvəllüdlü Mərziyyə Fitat qızı Ağaliyevanı vurub.

Hər üç yaralı ağır vəziyyətdə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Həkimlərin səyinə baxmayaraq, 3 yaşlı Duyğu Məmmədli dünyasını dəyişib.

Ağır xəsarət alan nənə və 5 yaşlı nəvənin müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

saat 22.34

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  Heftelik.az-a verilən məlumata görə,  iyunun 12-si saat saat 21 radələrində Lənkəran rayonu ərazisində S.Quliyev idarə etdiyi “Vaz 2105” markalı avtomobillə yol kənarında dayanmış “Vaz 21015” markalı avtomobilə vurduqdan sonra idarəetməni itirib və 3 nəfər piyadanı vurub.

Nəticədə 3 yaşlı Duyğu Məmmədli dünyasını dəyişib, M.Ağaliyeva və U.Məmmədli xəsarət alıblar.

Araşdırma aparılır