Xidməti və mülki silahın dövriyyəsində olan dəyişikliklər (satılması, verilməsi, respublikadan aparılması, qeydiyyatın dəyişdirilməsi) barədə ərazi polis orqanları tərəfindən reyestrdə müvafiq qeydlər aparılır və məlumat bazasına daxil edilməsi üçün çap olunmuş və elektron variantda Baş İctimai Təhlükəsizlik İdarəsinə göndərilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Məlumatda silah sahibinin adı, soyadı, atasının adı, ünvanı, silahın kalibri, markası, nömrəsi, alınma yeri, kim tərəfindən satılması, xüsusi icazənin nömrəsi, onu verən orqan və s. göstərilməlidir.