Bakıda və Abşeron yarımadasında iyunun 13-14-də gündüz saatlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında iyunun 13-ü gündüzdən 14-ü axşamadək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda (Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan) yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.