Yoxlama zamanı şəxsi və ya uçot-nəzarət işinin itirilməsi, silahların uçotdan gizlədilməsi kimi faktlar aşkar edildikdə xidməti yoxlama aparılır, nəticəsindən asılı olaraq müvafiq tədbirlər görülür.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Yoxlanılan orqanın rəhbərliyi yoxlamanın nəticəsinə dair tərtib olunmuş arayışla tanış edilir. Arayışda aparılan işin ümumi vəziyyəti, çatışmazlıqlar konkret göstərilir və onların aradan qaldırılması üçün təkliflər verilir.