Qarşıdan gələn bayram günlərində ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var.
Heftelik.az-ın məlumatına görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Qeyd edilib ki, bu səbəbdən tətil günlərində bölgələrə səfər edən vətəndaşlara tövsiyə edirik ki, hava məlumatlarını və hava ilə bağlı xəbərdarlıqları diqqətlə izləsinlər və səyahət planlarını hava proqnozlarına uyğun qursunlar: “Xüsusilə magistral avtomobil yollarında əlverişsiz havada daha diqqətli olsunlar, təhlükəsizlik qaydalarına ciddi əməl etməl etsinlər”.