Terrorçuluq cinayətləri, silahlı mütəşəkkil dəstələr tərəfindən törədilən cinayətlər üzrə davam edən ibtidai araşdırmanın məlumatlarının yayılmasına, habelə Cinayət Məcəlləsinin 52-ci maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərinin olduğu kimi yayılmasına icazə verilmir (cinayət prosesi iştirakçılarının Cinayət Məcəllədi ilə müəyyən edilən prosessual hüquqlarının təmin edilməsi ilə bağlı olan hallar istisna olmaqla).
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.