Təhlükəsizlik baxımından xidməti və mülki silahın satışı ilə məşğul olan mağazalarda 1600 ədəd patron və 10 kq-dan artıq barıtın saxlanılması qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Baş İctimai Təhlükəsizlik İdarəsinin (BİTİ) və ya qeydiyyatda olduğu ərazi polis orqanının göndərişi olmadan hüquqi və fiziki şəxslərdən odlu silah və sursatın mağazaya qəbul edilməsi qadağandır.