Beynəlxalq müqavilə ilə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş notariat hərəkətləri haqqındakı qaydalardan fərqli qaydalar müəyyən edilmişsə, notariat hərəkətləri aparılarkən beynəlxalq müqavilənin qaydaları tətbiq olunur.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.
“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 93-cü maddəsinə müvafiq olaraq beynəlxalq müqavilə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmayan notariat hərəkətlərinin aparılmasını notariusların səlahiyyətinə aid edirsə, onlar bu notariat hərəkətlərini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada aparırlar.