Yivli və yivsiz lüləli xidməti və mülki silahın qeydiyyata alınması, uçotu, dövriyyəsinə nəzarətin həyata keçirilməsi ərazi polis orqanlarına həvalə olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Eyni zamanda ərazi polis orqanlarına aşağıdakılar həvalə olunur:
– Qeydiyyatda olan yivsiz lüləli xidməti və mülki silahın alınmasına xüsusi icazələrin, saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə şəhadətnamələrin verilməsi;
– Xidməti və mülki silahların saxlanıldığı yerlərə baxış keçirilməsi;
– Xüsusi icazə və şəhadətnamə verilən şəxslərin məhkumluğunun, polisdə uçota götürülüb-götürülməməsinin, barələrində təqsirləndirici materialın, habelə ruhi xəstəliyə, alkoqolizmə, narkomanlığa düçar olub-olmamasının yoxlanılması;
– İcazə sistemi qaydalarının pozulmasına qarşı yönəldilmiş profilaktik tədbirlərin görulməsi;
– Müəyyən edilmiş qaydaları pozmuş şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsi.