Çek ödənilmədikdə, notarius çek üzərində müəyyən olunmuş formada qeyd yazmaqla çekin ödənilmədiyini təsdiq edir və bunu reyestrdə qeyd edir.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.
Notarius çek üzərində qeyd yazmaqla yanaşı, çek verənə onun çekinin bank tərəfindən ödənilmədiyi və çek üzərində qeyd yazıldığı barəsində xəbərdarlıq məktubu göndərir. Çek ödənilmədikdə, notarius çek sahibinin xahişi ilə bu Təlimatda göstərilən qaydalar üzrə icra qeydi aparır.