Bu gün inkişaf etmiş ölkələrdə elektron dövlət xidmətləri vətəndaşlara pulsuz təqdim olunur.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, vətəndaş elektron dövlət xidmətindən pulsuz olaraq istifadə etməlidir:
“Hətta xaricdə tətbiqlər (application) internetsiz “offline” rejimdə çalışır. Vətəndaş internet xərci ödəmədən dövlət xidmətinə çıxış əldə etməlidir”.
Deputat qeyd edib ki, elektron imza xərcdir və elektron imzanın xərci son illər artıb: “Biz əslində əmək müqavilələrini elektronlaşdırmaqla elektron imzaya məcbur edirik. Elektron imza xüsusən də aqrar sektorda çalışanlar üçün əlavə xərc yaradır”.