Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən feldyeger rabitəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarına korrespondensiyaların və digər göndərişlərin operativ və təhlükəsiz çatdırılmasında kömək göstərilməməsinə görə cərimə müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən feldyeger rabitəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarına korrespondensiyaların və digər göndərişlərin operativ və təhlükəsiz çatdırılmasında kömək göstərilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.