Xidməti və mülki silah barədə Baş İctimai Təhlükəsizlik İdarəsinə (BİTİ) məlumat verilmədikdə, həmin silahlar uçotdan gizlədilmiş sayılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Ərazi polis orqanlarından daxil olmuş məlumatlar hər ilin sonunda BİTİ tərəfindən təhlil edilir və nəticəsindən asılı olaraq araşdırmalar aparılır. Dövlət orqanları, hüquqi şəxslər, eləcə də vətəndaşlar əldə etdikləri xidməti və mülki silahı, onun qanuniliyini təsdiq edən sənədlər əsasında xüsusi icazəni verən polis orqanında qeydiyyatdan keçirməlidirlər.