Lukaşenko prezident olduğu müddətdə Ermənistanın heç bir rəsmi nümayəndəsi Belarusa səfər etməyəcək.

Heftelik.az-ın məlumatına görə, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.

“Bəyan edirəm ki, bu andan etibarən Lukaşenko prezident olduğu müddətdə Ermənistanın heç bir rəsmi nümayəndəsi Belarusa səfər etməyəcək”, – Baş nazir qeyd edib.

Paşinyan bildirib ki, Lukaşenko Ermənistandan üzr istəsə və ya Belarus təşkilatı tərk edərsə, İrəvan KTMT-yə münasibətini dəyişə bilər.