Notarius sübutların təmin olunması qaydasında şahidləri dindirir, yazılı və maddi sübutları müayinə edir, ekspertiza təyin edir.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.
Notarius sübutların təmin edilməsi sahəsində prosessual hərəkətləri yerinə yetirərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq qaydalarını rəhbər tutur.