İbtidai istintaqın müddətinin uzadılması haqqında müstəntiqin əsaslandırılmış vəsatəti və müvafiq prokurorlarla razılaşdırılmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı ibtidai istintaq müddətinin bitməsinə ən geci 7 (yeddi) gün qalmış yuxarı prokurora təqdim edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Yuxarı prokuror ibtidai istintaq müddətinin uzadılması məsələsinə baxarkən aşağıdakı hərəkətləri yerinə yetirməlidir:
– müstəntiqlərin vəsatətlərinin və aşağı prokurorların təqdimatlarının qanuniliyini və əsaslılığını yoxlamaq;
– cinayət işi üzrə məhkəməyədək icraatın hərtərəfli, tam, obyektiv və vaxtında aparılmasının təmin edilməsi üzrə müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun fəaliyyətini qiymətləndirmək;
– cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması və ya həmin müddətin uzadılmasının rədd edilməsi haqqında əsaslandırılmış qərar qəbul etmək;
– cinayət işinin araşdırılması ilə bağlı süründürməçilik və ya bu Məcəllənin tələblərinin pozulması hallarını müəyyən etdikdə, öz səlahiyyətləri daxilində təsir tədbirləri görmək.