Dövlət orqanları və hüquqi şəxslər tərəfindən xidməti silahın əldə edilməsi və təyinatı üzrə istifadə olunması üçün verilməsi «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24.08.2002-ci il tarixli 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Xidməti silahın əldə edilməsi və onun fiziki şəxslərə verilməsi qaydası»na uyğun həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Xüsusi icazənin verilməsi zamanı xidməti silahın əldə edilməsi ilə bağlı ilkin və təkrar qeydiyyata görə müəyyən olunmuş məbləğdə dövlət rüsumu ödənilir.