Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edib.
Xidmətdən Heftelik.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında iyunun 14-ü axşamadək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi aran, Dağlıq Şirvan) yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.