Bakıda çoxmərtəbəli yaşayış binasında lift qırılıb, xəsarət alanlar var.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  hadisə Xətai rayonu Xudu Məmmədov küçəsində baş verib. Liftin qırılması nəticəsində 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Xəsarət alanlar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Onlardan ikisi uşaqdır.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Heftelik.az-a bildirilib ki, Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən hündürmərtəbəli binada liftin qırılması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112-i qaynar xəttinə məlumat daxil olub. Drhal hadisə yerinə nazirliyinin xilasediciləri cəlb olunub: “Nazirliyinin xilasediciləri hadisə yerinə çatanadək məlumatla xilasedicilərə ehtiyac olmadığı bildirilib”.