Notariuslar xarici dövlətlərin qanunvericiliyinin tələblərinə müvafiq surətdə tərtib olunmuş sənədləri qəbul edir, habelə xarici dövlətlərin qanunvericiliyi ilə nəzərdə tutulan formada təsdiq qeydlərini bu şərtlə aparırlar ki, bunlar Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmasın.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.

Notarius tərəfindən təsdiq edilib, xaricdə əməliyyatlar aparmaq üçün nəzərdə tutulan və qüvvədə olma müddəti göstərilməyən etibarnamə, onu vermiş şəxs tərəfindən ləğv edilənədək qüvvəsini saxlayır, bu, etibarnamənin mətnində göstərilə bilər.