Cinayət haqqında cinayət işi üzrə ibtidai istintaqın hər bir halda hansı müddətlər daxilində qurtarmalı olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Cinayət haqqında cinayət işi üzrə ibtidai istintaq hər bir halda aşağıdakı müddətlər daxilində qurtarmalıdır:
– böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsində ittiham üzrə — 6 (altı) aydan çox olmayan müddətdə;
– az ağır cinayətin törədilməsində ittiham üzrə — 10 (on) aydan çox olmayan müddətdə;
– ağır cinayətin törədilməsində ittiham üzrə — 13 (on üç) aydan çox olmayan müddətdə;
– xüsusilə ağır cinayətin törədilməsində ittiham üzrə — 19 (on doqquz) aydan çox olmayan müddətdə.