Qarabağın işinə niyə haram qatırsınız? O gün büdcənin müzakirəsi bitməmiş qapıda biri jurnalistləri yığır başına müsahibə verir ki, müzakirə olsa, mən bunu deyəcəkdim, onu deyəcəkdim.
Heftelik.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
“Deyirlər ki, Qarabağda bərpa üçün sahibkarlardan pul yığılır. Harada pul yığılır?! Samir müəllim, (red.- maliyyə naziri Samir Şərifov) harada pul yığılır? Surətin qabağında qaçanlar, Kələkidə gedib soğan əkənlər bu xalqı istəyir, Qurtuluşu edənlər xalqı istəmir?! Kim siyasi şou göstərmək istəyirsə, kim gələcək seçkilərə hazırlaşırsa, yolunu Qarabağdan salmasın. Yolunu başqa yerdən salsın. Qarabağ üstündə indiyə qədər çox alverlər olub”, – deyə Siyavuş Novruzov vurğulayıb.
Qeyd edək ki, Milli Məclisin 07.06.2024-cü il tarixli iclasının gündəliyinə daxil edilən 2024-cü ilin büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi zamanı Siyavuş Novruzov layihələrin səsə qoyulması təklifi ilə çıxış etmişdi. Təklif səsə qoyularaq qəbul edilmişdi. Bundan sonra layihələrin müzakirəsi dayandırılaraq, səsə qoyulmuşdu.