Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimin pozulmasına görə cərimə müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimin pozulmasına görə vətəndaşlar yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xəbərdarlıq edilməklə və ya iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə cərimə edilməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.