“Notariat haqqında” qanuna uyğun olaraq notariusların xarici ölkələrdə tərtib edilmiş sənədləri hansı hallarda qəbul etdikləri müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.
“Notariat haqqında” qanuna uyğun olaraq notariuslar xarici ölkələrdə tərtib edilmiş sənədləri aşağıdakı hallarda qəbul edirlər:
– həmin sənədlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarında leqallaşdırılmış olduqda;
– “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya” ilə müəyyən edilmiş hallarda xarici rəsmi sənədə kağız və ya elektron formada həmin Konvensiya ilə nəzərdə tutulan şəhadətnamə (apostil) verildikdə. Bu zaman elektron formada verilmiş şəhadətnamə (apostil) “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata uyğun olaraq yoxlanıldıqdan sonra qəbul edilir.