Türkiyə-Azərbaycan Universitetinin binası Bakının mərkəzində olacaq.
Heftelik.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı deyib.
O bildirib ki, Türkiyə-Azərbaycan Universitetinin rektoru Azərbaycan tərəfdən olacaq:
“Universitetin tədris binası şəhərin mərkəzində olan binalardan biri olacaq”.
O qeyd edib ki, prosedurlar rəsmiləşdikdən sonra ictimaiyyətə elan ediləcək.