Ukrayna ordusunun pilotsuz uçuş aparatları ilə Rusiyanın Belqorod vilayətinin Şebekino şəhərindəki hündürmərtəbəli hücumu nəticəsində iki nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

Heftelik.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

O bildirib ki, binanın giriş hissəsi tamamilə dağılıb, eləcə də 15 mənzil yararsız hala düşüb. Merin sözlərinə görə, polis və xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Qubernatorun sözlərinə görə, dağıntılar altında uşaqlar da daxil olmaqla, azı 5 nəfərin qaldığı ehtimal olunur.