Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda İspaniya və Xorvatiya yığmaları üz-üzə gəlib.
Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, Berlin Olimpiya stadionunda baş tutan matçda ispanlar 3:0 hesablı qələbəyə sevinib.
“Buğalar”ın heyətində hesabı 29-cu dəqiqədə Alvaro Morata açıb. 3 dəqiqə sonra Fabian Ruiz komandasının üstünlüyünü bir qədər də möhkəmlənidirib. Qarşılaşmada yekun hesabı isə fasilə ərəfəsində fərqlənən Dani Karvahal təyin edib.
Matçın 80-ci dəqiqəsində xorvatlardan Bruno Petkoviç penalti zərbəsindən yararlana bilməyib.
Beləliklə, dünya futbolunun əfsanələrindən olan Luka Modriçin kapitanı olduğu Xorvatiya yığması ilk oyunda darmadağınla üzləşib.