Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda günün son görüşü baş tutub.
Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, “Siqnal İduna Park”da keçirilən matçda B qrupunun iki komandası – İtaliya və Albaniya yığmaları üz-üzə gəlib.
Oyun italiyanların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə hesabı 22-ci saniyədə albanlardan Nedim Bayrami açıb. 11-ci dəqiqədə fərqlənən Alessandro Bastoni hesaba tarazlıq gətirib. Qarşılaşmanın yekun nəticəsini isə İtaliyanın heyətində 16-cı dəqiqədə adını tabloya yazdıran Nikolo Barella təyin edib.
Əzmkarlığı ilə seçilən Albaniya yığmasının oyunun sonlarında fərqlənmək şansları olsa da, bəxt italyanlardan yana olub.