Həcc ziyarətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına 2 milyondan çox müsəlman gəlib.
Heftelik.az-ın məlumatına görə, müsəlmanlar gecə yarısından başlayaraq qrup halında təqribən 3,5 kilometr yol qət edərək, Cəmarətdəki şeytan daşlama sahəsindəki böyük şeytan adlandırılan “Əqəbə Cəmrəsi”nə 7 daş atıblar.
Bir çox müsəlman şeytanı daşladıqdan sonra Kəbəyə doğru uzun bir gəzintiyə çıxıb. Beləliklə, vəzifələrini yerinə yetirən müsəlmanlar hacı olublar.
Zəvvarlardan bəziləri səhər və bayram namazlarını Kəbədə qılıb.