Mingəçevirdə baş verən hadisə ilə əlaqələr 15.06.2024-cü il tarixində saat 20:20 radələrində 10 nəfər (3-ü qadın cinsli, 7-si kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə  TƏBİB-dən bildirilib.

Qeyd edilir ki, yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan 8 nəfər (3-ü qadın cinsli, 5-i kişi cinsli) ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 2 nəfərin (kişi cinsli) müalicəsi tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir. Vəziyyətləri stabildir.

***

saat 10.26

Mingəçevir su anbarında gəzinti qayığı yanıb.

Baş Prokurorluqdan Heftelik.az-a verilən məlumata görə, Mingəçevir şəhərində gəzinti qayığının yanması nəticəsində 10 nəfərin xəsarət alması faktı üzrə Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.